"Xəzər Lənkəran"ın istəydiyi futbolçular: 3.3 milyon avro

"Xəzər Lənkəran"ın istəydiyi futbolçular: 3.3 milyon avro
Son günlər "Xəzər Lənkəran"ın istədiyi futbolçularla bağlı çox sayda xəbərlər yayılır. Fanat.az Lənkəran klubuna gəlmək ehtimalı olan oyunçuların transfer qiymətlərini araşdırıb.
Adı "Xəzər Lənkəran"la yanaşı çəkilən futbolçulardan ən bahalısı Ola Kamaradı. Norveçli hücumçuya "Transfermarkt" 1.1 milyon avro qiymət qoyub. Rumın Florin Çernatla Deyan Blajevskinin dəyəri 700 min avrodu. Türk Sinan Kaloğlu ilə braziliyalı Eliasın isə 400 min avro qiyməti var.
Beləliklə, Mustafa Dənizlinin transfer siyahısında olan 5 futbolçunun ümumi dəyəri 3.3 milyon arvodu.
Ola Kamara (Rid, Avstriya) - 1.100.000 avro
Florin Çernat (Çaykur Rizəspor, Türkiyə) - 700.000 avro
Deyan Blajevski (Turnovo, Makedoniya) - 700.000 avro
Sinan Kaloğlu (Erciyəsspor, Türkiyə) - 400.000 avro
Elias (Atletiko Paranaense) - 400.000 min avro
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər