"Xəzər Lənkəran"ın istədiyi futbolçu Super Liqa klubunda

"Xəzər Lənkəran"ın istədiyi futbolçu Super Liqa klubunda
"Xəzər Lənkəran"ın maraq dairəsində olan İbrahim Toramanın yeni klubu müəyyənləşib. Fanat.az xəbər verir ki, "Beşiktaş"dan ayrılan müdafiəçi "Qaziantepspor"a dönüb.
Tərəflər arasında artıq razılıq əldə olunub. Toraman mövsümün sonunadək 2001-2004-cü illərdə çıxış etdiyi Qaziantep klubunun formasını geyinəcək.
Qeyd edək ki, Toraman mövsümün əvvəlində Sezer Öztürklə məşqdə dava etdiyindən "Beşiktaş"ın əsas heyətindən kənarlaşdırılmışdı. Bir müddət əvvəl isə Mustafa Dənizlinin onu "Xəzər Lənkəran"a gətirmək istədiyi deyilirdi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər