"Xəzər Lənkəran"ın futbolçusu Yunanıstan yolunda

"Xəzər Lənkəran"ın futbolçusu Yunanıstan yolunda

Vanderson Skardovelli "Xəzər Lənkəran"ı tərk edə bilər. Fanat.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb. 

Həmkarlarımızın iddiasına görə, braziliyalı sol cinah müdafiəçisi Yunanıstandan təklif alıb. Belə ki, onun xidmətində Super Liqa təmsilçilərindən "Panaitolikos" maraqlıdı. Bu komanda 2013/14 mövsümünün ilk yarısını 9-cu pillədə başa vurub.

Qeyd edək ki, Vanderson "Xəzər Lənkəran"a Yunanıstanın "PAS Giannina" (2009-2012, 74 oyun, 2 qol) klubundan gəlib. 29 yaşlı müdafiəçi Lənkəran klubunun heyətində 42 oyun keçirib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər