Türkiyədə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ikinci yoldaşlıq oyununu keçirib. Fanat.az xəbər verir ki, millimizin bu dəfəki rəqibi "Kartalspor"un U-17 komandası olub.
Oyun yığmamızın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamıza qələbə gətirən qola "Xəzər Lənkəran"ın üzvü Elnur Cəfərov imza atıb.
Qeyd edək ki, U-17 Türkiyədəki ilk oyununda "Beşiktaş"dan olan həmyaşıdları ilə qarşılaşmışdı - 1:1. Həmin görüşdə də millimizin qolunu Elnur Cəfərov vurmuşdu.
Fanat.az