"Xəzər Lənkəran"ın futbolçusu Piterdə ən yaxşı oldu

"Xəzər Lənkəran"ın futbolçusu Piterdə ən yaxşı oldu
FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVI ənənəvi beynəlxalq turnirdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilk oyununu Yunanıstana qarşı keçirib. Fanat.az xəbər verir ki, turnirin təşkilatçıları qarşılaşmanın ən yaxşılarını seçib.
Milli komandamızın heyətində ən yaxşı oyunçu Elnur Cəfərov olub. "Xəzər Lənkəran"ın üzvü 43-cü dəqiqədə rəqib qapısına yol taparaq hesabı açıb. Yunanıstan yığmasının heyətində isə 90+7-ci dəqiqədə bərabərlik qoluna imza atan Effimios Koulouris seçilib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər