"Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli əsas heyətə 4 futbolçu cəlb edib. Fanat.az xəbər verir ki, türk mütəxəssis əvəzedici komandanın 4 üzvünə etimad göstərib.
Belə ki, Dənizli Kazım Kazımlı, Kamran Abdullazadə, Tərlan Qasımzadə və Elvin Mirzəyevi Antalyaya aparmaq qərarına gəlib. Onlar türk məşqçiyə özlərini göstərməyə çalışacaq.
Qeyd edək ki, Kamran Abdullazadə və Tərlan Qasımzadə hazırda hərbi xidmətdədi. "Xəzər Lənkəran" onları MOİK-dən icarəyə götürüb.
Onu da qeyd edək ki, Kazım indiyədək "Xəzər Lənkəran"ın əsas heyətində 12 (2 qol), Kamran 5 oyun keçirib. Qapıçı Tərlan və müdafiəçi Elvin isə dəfələrlə cəlb olunduğu əsas heyətdə debüt etməyib.
Fanat.az