"Xəzər Lənkəran" ÇSKA-nın futbolçusunu alır

"Xəzər Lənkəran" ÇSKA-nın futbolçusunu alır
"Xəzər Lənkəran" Bolaqırstandan futbolçu transfer edir. Fanat.az donbalon.eu saytına istinadən xəbər verir ki, Lənkəran klubu Sofiya ÇSKA-sından Marsinyonu heytinə qatır.
Saytın əldə etdiyi məlumata görə, hazırda iki klub arasında danışıqlar gedir. Məlumatda bildirilir ki, hazırda tərəflər arasında son razılaşmalar aparılır və transfer yaxın günlərdə rəsmiləşə bilər.
Qeyd edək ki, tam adı Marsio de Souza Qreqorio Junior olan 27 yaşlı hücuma meyilli yarımmüdafiəçi ötən qışdan ÇSKA-nın formasını geyinir. Bu müddətdə 34 oyuna çıxan futbolçu 9 qol vurub. Marsinyo əvvəllər Braziliyanın "Volta Redonda", "Brasiliense", "Noroeste", "Korintians", "Botafoqo-SP", "Braqantino", "İtumbiara", "Quaratinqueta" və Cənubi Koreyanın "Qyeonqnam" klublarında forma geyinib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər