Dünən “Rəvan”la oyunun Lənkərandakı hazırlığını başa vurub Bakıya yola düşən "Xəzər Lənkəran" bu gün səhər saatlarında ilk məşqinə çıxıb. Fanat.az xəbər verir ki, “Bayıl Arena”da baş tutan hazırlıq bir saat davam etdi və futbolçular yalnız taktiki çalışmaları yerinə yetirdilər.
Sabah oyunöncəsi son məşqinə çıxacaq komanda məskunlaşdığı oteldə oyun saatını gözləyəcək. Həmin məşq də "Bayıl Arena"da baş tutacaq.