"Xəzər Lənkəran" qovduğu futbolçunu qaytardı

"Xəzər Lənkəran" qovduğu futbolçunu qaytardı
"Makkabi"yə məlubiyyətdən sonra "Xəzər Lənkəran"dan göndərilən Adrian Pit yenidən komandaya qayıdıb. Uzun danışıqlardan sonra futbolçunun əvəzedici komandada məşq etməsinə icazə verilib.
Fanat.az xəbər verir ki, bu barədə sportal.az saytına "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib: "Bəli danışıqlardan sonra rəhbərlik onun əvəzedici komandada məşq etməsinə icazə verdi. Hal-hazırda o ikinci komanda ilə məşq edir".
Qeyd edək ki, “Xəzər Lənkəran” klubunun əvəzedici heyətinin baş məşqçisi Elbrus Məmmədovdu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər