"Xəzər Lənkəran" İvanovla müqavilə bağlayır

"Xəzər Lənkəran" İvanovla müqavilə bağlayır
"Xəzər Lənkəran" Qalin İvanovla bağlı qərar verib. Bolqar futbolçu komandada qalacaq.
Bu barədə Fanat.az-a klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib. Klub rəsmisi bildirib ki, bir neçə gündü düşərgədə olan İvanovla bu gün və ya sabah müqavilə imzalanacaq. Yaxın günlərdə isə düşərgəyə yeni futbolçular gələcək.
Qeyd edək ki, İvanov peşəkar karyerasına “Levski”də (Sofiya) başlayıb. 2005/2006 mövsümündə bu klubda oynayan yarımmüdafiəçi cəmi bir dəfə meydan çıxıb. 2006-cı ildə “Beroe”yə keçib və burada meydana çıxdığı 25 oyunda 1 qol vurub.
 
1 il klubsuz qaldıqdan sonra 2008-ci ildə “Slaviya”ya (Sofiya) keçib. Bu komandanın heyətində 128 oyun keçirən yarımmüdafiəçi 25 dəfə rəqib qapılarına yol tapıb. O, 2011-ci ildən icarə əsasında Almaniya III liqa təmsilçisi “Arminiya”nın heyətində oynayıb. Burada 8 dəfə forma şansı geyinən Qalin 2012-ci ildə yenidən ölkəsinə qayıdıb və 2012-ci ildən icarə əsasında “Liteks”in şərəfini qoruyub. Bu komanda ilə 22 dəfə meydana çıxan futbolçu 5 dəfə də fərqlənməyi bacarıb.
2014-cü ilin yayına qədər “Slaviya” ilə müqaviləsi olan bolqar yarımmüdafiəçi hazırda azad agentdi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər