"Xəzər Lənkəran"ın transfer etməyə hazırlaşdığı futbolçularla bağlı xəbərdlər yayılıb. Fanat.az xəbər verir ki, Mustafa Dənizlinin rəhbərlik etdiyi komandanın iki qazaxıstanlı futbolçunu heyətinə qatmaq istədiyi deyilir.
İddiaya görə, "Xəzər Lənkəran" David Loriya və Samat Smakova elçi düşüb. Bu futbolçular ötən mövsüm Dənizlinin rəhbərliyi altında "Çaykur Rizəspor"da forma geyinib və hazırda Qazaxıstanın "Kayrat" klubunun uğurları üçün çalışırlar.
32 yaşlı Loriya qapıçıdı və 2000-ci ildən çağırıldığı Qazaxıstan yığmasında 38 oyun keçirib. 34 yaşlı mərkəz müdafiəçisi Smakov isə millidəki 59 oyunda 1 dəfə fərqlənib.
Fanat.az