"Xəzər Lənkəran" iki futbolçunu icarəyə götürdü

"Xəzər Lənkəran" iki futbolçunu icarəyə götürdü

Vətənə borclarını yerinə yetirmək üçün hərbi xidmətə yollanmış “Xəzər Lənkəran”ın iki gənc futbolçusu Tərlan Qasımzadə və Kamran Abdullazadə doğma şəhərə dönürlər. Fanat.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib. 

Klub rəsmisinin bildirdiyinə görə, hərbi xidmətdə ikən I dəstə təmsilçisi MOİK klubunun fomasını geyən gənc futbolçuların “Xəzər Lənkəran”a icarəyə verilib. Artıq bütün sənədləşmə işləri yekunlaşıb və icarə əsasında “ağ-yaşıl” kluba qayıdan Kamran Abdullazadə ilə Tərlan Qasımzadə hərbi hissəni tərk edib.

12cioyuncu.info 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər