"Xəzər Lənkəran" daha bir müqavilə bağladı

"Xəzər Lənkəran" daha bir müqavilə bağladı
Qış fasiləsində heyətini gücləndirən "Xəzər Lənkəran" mövcud futbolçularını da yaddan çıxartmır. Fanat.az xəbər verir ki, Lənkəran klubu bir oyunçusunun müqaviləsinin müddətini uzadıb. Belə ki, rumın Manuel Skarlatake ilə 2015/16 mövsümünün sonunadək yeni anlaşma imzalanıb.
 
2011-ci ilin fevralında "Xəzər Lənkəran"da debüt edən 27 yaşlı Skarlatake komandanın heyətində bu günə kimi 78 oyun keçirib və 10 qol vurub. Rumın müdafiəçi XIX turda "Qarabağ"ın qapısına yol taparaq, komandasına vacib qələbə qazandırıb.
Qeyd edək ki, "Xəzər Lənkəran" qış fasiləsində Slavik Alxasovu (Neftçi), Orxan Əliyevi (Sumqayıt), Vyekoslav Tomiçi (Şerif, Moldova), Tyeqonu (Fiqueyrense, Braziliya), Eliası (Atletiko Paranaense, Braziliya) və Deyan Blajevskini (Turnovo, Makedoniya) heyətinə qatıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər