"Xəzər Lənkəran" bu gün Raufla müqavilə bağlaya bilər

"Xəzər Lənkəran" bu gün Raufla müqavilə bağlaya bilər
Hücum xəttini gücləndirmək istəyən "Xəzər Lənkəran" transfer çalışmalarını davam etdirir. Fanat.az xəbər verir ki, Lənkəran klubu bu gün Rauf Əliyevlə müqavilə imzalaya bilər.
Klubla futbolçu arasında artıq razılıq əldə edib. Düzdü, Milinko Pantiç Raufu komandada saxlamaq istəyir. Lakin hücumçu paytaxt klubunda qalmaq niyyətində deyil. "Xəzər Lənkəran" indi "Bakı"nın razılığını almağa çalışır. bu gün tərəflər arasında anlaşma olsa, müqavilə imzalanacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər