"Xəzər Lənkəran" bu gün daha bir müqavilə bağlayacaq

"Xəzər Lənkəran" bu gün daha bir müqavilə bağlayacaq
Sloveniyada təlim-məşq toplanışında olan "Xəzər Lənkəran" transfer çalışmalarını davam etdirir. Lənkəran klubu bu gün daha bir futbolçu ilə münasibətlərini rəsmiləşdirəcək.
Bu barədə Fanat.az-a klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib. Klub rəsmisi bildirib ki, hazırda komandanın düşərgəsində olan Alfred Sanko ilə bu gün müqavilə imzalanmalıdı. "Şanlıurfaspor"dan gələn futbolçu 1,5 illik müqavilə imzalayacaq.
Bu arada "Xəzər Lənkəran" Fernando Qabrielin keçidini rəsmiləşdirib. Braziliyanın "Parana" klubundan gələn futbolçu 1,5 illik müqavilə imzalayıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər