XVI turda "İnter"in qonağı olan "Xəzər Lənkəran"ın futbolçusu Manuel Skarlatake zədələnib. Fanat.az xəbər verir ki, oyunu davam etdirə bilməyən rumın oyunçu fasilədə yerini Zohair Benouahiyə verib.
Skarlatakenin durumu ilə bağlı komandanın baş məşqçisi Mustafa Dənizli məlumat verib: "Skarlatakenin zədəsi haqqında həkimlə danışmamışam. Tibbi müayinəyə ehtiyacı var. Özü ilə danışdım, az ağrısı olduğunu bildirdi".
Fanat.az