"Xəzər Lənkəran" 2 futbolçunu qovdu - 3-nü transferə çıxardı

"Xəzər Lənkəran" 2 futbolçunu qovdu - 3-nü transferə çıxardı
İki futbolçu "Xəzər Lənkəran"dan kənarlaşdırılıb. Fanat.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsi ilə bəyanat yayıb.
Bəyanatda bildirilir ki, daxili nizam intizam kodeksini kobud şəkildə pozduğuna görə Elvin Mirzəyevlə Kazım Kazımlı klubdan kənarlaşdırılıb. Digər üç futbolçu - Elşən Rzazadə, Elnur Cəfərov və Kamran Abdullazadə isə transferə çıxarılıb. 
Əsas komandanın toplanışına baxışa digər klublardan futbolçular dəvət olunub ki, bu haqda əlavə məlumat veriləcək. Bəyanatda bildirilir ki, “Xəzər Lənkəran”ın əsas komandası ilə yanaşı bütün aşağı yaş qruplarının məşqləri plan üzrə davam edir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər