Gələn mövsüm üçün iddialı heyət qurmaq istəyən "Vest Hem"in hədəfindəki futbolçulardan birinin kimliyi müəyyənləşib. Fanat.az xəbər verir ki, baş məşqçi Slaven Biliç "Mançester Yunayted"dən Kris Smallinqin transferini istəyir.
Klub rəhbərliyi yaxın günlərdə "Mançester Yanayted"ə rəsmi təklif göndərəcək. "Vest Hem"in qarşı tərəfə 20 milyon funt-sterlinq təklif edəcəyi deyilir.
Qeyd edək ki, "Mançester Yunayted" Kris Smallinqi 2010-cu ildə "Fulhem"dən 8 milyon avroya transfer edib. Hazırda "Transçfermarkt" ona 19 milyon avro qiymət qoyub. Cari mövsümdə 51 rəsmi oyuna çıxan İngiltərə millisinin 26 yaşlı üzvü 2 qol vurub.
Fanat.az