"Transfermarkt" qiymətləri yenilədi - Planetin ən bahalısı Holanddır

"Transfermarkt" qiymətləri yenilədi - Planetin ən bahalısı Holanddır

"Transfermarkt" portalı İngiltərə Premyer Liqasında mübarizə aparan futbolçuların qiymətlərini yeniləyib.

Fanat.Az xəbər verir ki, artıq "Mançester Siti"nin hücumçusu Erlinq Holandın bazar qiyməti 200 milyon avro ilə dəyərləndirilir.

Onu hərəyə 180 milyon avro ilə 3 "Real Madrid"li - Kilian Mbappe, Cud Bellingem və Vinisius Junior izləyir.

Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 7 matça çıxan Holand 10 qol vurub. Onun "şəhərlilər"lə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər