"Tərəfdarlarımızın Barselonada necə hayqırdığını eşitmək xoşuma gəldi" - Can Pyero Qasperini

"Tərəfdarlarımızın Barselonada necə hayqırdığını eşitmək xoşuma gəldi" - Can Pyero Qasperini

Çempionlar Liqasının (ÇL) Liqa mərhələsinin 8-ci - sonuncu turunda səfərdə "Barselona" ilə 2:2 hesablı bərabərliyə razılaşan "Atalanta"nın baş məşqçisi Can Pyero Qasperini oyun barədə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:

"Biz Çempionlar Liqasında oynadığı üçün sevinməli olan komandayıq. Barselonaya gələrək bu rəqiblə qarşılaşmaq da ən xoş məqamlardandır. Hər matç bizim üçün böyük təcrübədir. Azarkeşlərimiz üçün də həmçinin... Tərəfdarlarımızın burada necə hayqırdığını eşitmək xoşuma gəldi".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər