"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

"Mançester Siti"nin hücumçusu Erlinq Holand cari mövsüm komandasının ortaya qoyduğu performansı dəyərləndirib.

Fanat.Az xəbər verir ki, "Daily Mail" norveçli hücumçunun sözlərini belə çatdırıb:

"Klubun səviyyəsini nəzərə alsaq, mövcud standartlar fonunda "Siti" üçün cari mövsüm qəzadır. Bəli, belədir. Npvbəti mövsümdə ruhumuzda bir qığılcım hiss etməli və başlanğıcdan hücuma keçməliyik".

MS hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 65 xalla 4-cü pillədə qərarlaşıb. Eləcə də "şəhərlilər" 2012/2013 mövsümündən bəri ilk dəfə UEFA Çempionlar Liqasının 1/8 finalına çıxa bilməyiblər.

Cari mövsüm "şəhərlilər"in forması ilə bütün turnirlərdə 41 matça çıxan Holand 30 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər