Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Fanat.az xəbər verir ki, ötən axşam daha iki qarşılaşma baş tutub.
Turnirin gizli favoritlərindən olan “Mançester Siti” Kiyevdə “Dinamo”nun qonağı olub. "Şəhərlilər" səfər matçından sərfəli nəticə ilə dönməyi bacarıb. Aquero, David Silva və Turenin qollarına sadəcə bir qolla cavab verə bilən kiyevlilərin demək olar ki, növbəti tur şansı qalmayıb.
Son illər Avropada adından söz etdirən “Atletiko” isə Hollandiyaya səfər edib. Rəqibinin azlıqda qalmasına baxmayaraq, ev sahiblərini məyus etməyi bacarmayan "hindular" Madridə qolsuz bərabərlikə dönüblər.
Çempionlar Liqası
1/8 final
İlk oyunlar
24 fevral
Dinamo (Kiyev, Ukrayna) - Mançester Siti (İngiltərə) 1:3
Qollar: Vitali Buyalski, 59 - Serxio Aquero, 15. David Silva, 40. Yaya Ture, 90.
PSV (Hollandiya) - Atletiko (İspaniya) 0:0
Qırmızı vərəqə: Pereyro, 68 (PSV).
1/8 finalın digər oyunları:
PSJ (Fransa) - Çelsi (İngiltərə) 2:1
Benfika (Portuqaliya) - Zenit (Rusiya) 1:0
Gent (Belçika) - Volfsburq (Almaniya) 2:3
Roma (İtaliya) - Real (İspaniya) 0:2
Arsenal (İngiltərə) - Barselona (İspaniya) 0:2
Yuventus (İtaliya) - Bavariya (Almaniya) 2:2
Fanat.az