"Simurq"un bəyənmədiyi futbolçu "Hapoel"də

"Simurq"un bəyənmədiyi futbolçu "Hapoel"də
Bir müddət əvvəl "Simurq"un baxışa çağırdığı Eudi Silva de Souzanın yeni iş yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, Georgi Çixradzenin Avstriya toplanışı zamanı sınadığı və bəyənmədiyi futbolçu İsrailin "Hapoel" (Raanana) klubuna keçib.
Qeyd edək ki, 30 yaşlı braziliyalı hücumçunun son iş yeri İsveçrənin "Servett" klubu olmuşdu. O, əvvəllər bu ölkədə "İverdon-Sport", "Luzanna", "Sürix" və "Yanq Boyz" klublarında top qovub.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər