"Simurq"la "Barselona"nı birləşdirən məqam - ilginc aksiyalar

"Simurq"la "Barselona"nı birləşdirən məqam - ilginc aksiyalar
İki gün əvvəl Türkiyənin aşağı liqalarındakı maliyyə böhranına diqqəti çəkmək istəyən "Tuzlaspor" klubu maraqlı addım atıb. Aşağı liqa təmsilçisi oyuna marşrut avtobusu ilə yollanaraq diqqəti futboldakı böhrana çəkməyə çalışıb.
Bu Avropa futbolunda bənzər ilk aksiya deyil. Bu günə qədər maraqlı aksiyalar olub. Onlardan biri də Azərbaycanda reallaşıb. Fanat.az Avropa futbolundakı ən maraqlı aksiyalır təqdim edir.
1. Avropa futbolundakı ən inlginc aksiyalardan biri ötən mövsümün sonunda Azərbaycanda baş vermişdi. Cahangir Hacıyevin Beynəlxalq Bankın rəhbərliyindən gedişindən sonra onun sahibi olduğu "İnter" və "Simurq" klublarında maliyyə problemi yaranmışdı. Ən acınacaqlı durumun hökm sürdüyü "Simurq"un futbolçuları 2014/15 mövsümünün XXXII turu çərçivəsində "İnter"lə matçın (2:3) start fitindən sonra bir dəqiqəlik meydanda oturaraq, baş verənlərə etirazını bildirmişdi. 
"Simurq"la "Barselona"nı birləşdirən məqam - ilginc aksiyalar
2. İspaniyanın "Rasinq" klubu da "Simurq"la eyni vəziyyəti yaşamışdı. Ölkənin ən köklü klublarından olan Santander təmsilçisinin futbolçuları və məşqçiləri 6 ay maaş ala bilmədiyindən "Kral Kuboku"nun "Real Sosyedad"la matçına çıxmaqdan imtina etmişdi. Klubun o vaxtkı prezidenti Angel Lavinin maaşları vermədiyini bildirən futbolçular 1:3 hesabı ilə yenildikləri ilk oyundan sonra cavab matçında hakimin start fiti səslənən kimi bir müddət öz aralarında paslaşaraq oyunu davam etdirməkdən imtine etmişdi. Hakim isə onlarla danışıqlardan sonra oyunu təxirə samışdı. İspaniya Futbol Federasiyası bu olaydan sonra "Rasinq"i 1 il kubokdan kənarlaşdırmış və 3,6 min avro cərimələmişdi.
"Simurq"la "Barselona"nı birləşdirən məqam - ilginc aksiyalar
3. Ötən mövsüm La Liqada boykot kampaniyasına start verilmişdi. Buna səbəb yayım gəlirlərinin bərabər paylaşmaması, klubların borcları, futbolçuların maaşlarının ödənməməsi olmuşdu. Problemlər həll olunmadığından İspaniya Futbol Federasiyası ötən ilin 16 mayında bütün liqaları dayandırmaq qərarı vermişdi. Bu qərarı İspaniya Futbolçular Dərnəyinin üzvü olan Xavi Hernandes, Serxio Ramos, Cerard Pike, Andres İnyesta kimi məşhurlar dəstəkləmişdi. Lakin İspaniya Milli Məhkəməsi boykot qərarını ləğv etmişdi.
"Simurq"la "Barselona"nı birləşdirən məqam - ilginc aksiyalar
4. Daha bir maraqlı olay "Barselona"lı Dani Alveşlə bağlı yaşanmışdı. Ötən mövsüm "Vilyarreal"la baş tutan qarşılaşmada tribunadan banan atılaraq irqçiliyin qurbanı olan futbolçu bananı yeyərək buna etirazını bildirmişdi. Bu hərəkətinə görə Alveşə bütün dünyadan dəstək gəlmişdi. Belə ki, Neymar, Fatih Terim, Roberto Karlos, Zepp Blatter, Cesare Prandelli, Serxio Aquero, Oskar, Villian kimi futbolçu və futbol adamları, həmçinin Braziliya prezidnti Dilma Russeff, İtaliyanın baş naziri Matteo Renzi sosial mediada banan yedikləri şəkili paylaşaraq ona dəstək vermişdi.
"Simurq"la "Barselona"nı birləşdirən məqam - ilginc aksiyalar
5. 2012-ci ildə keçirdiyi 25 liqa matçında 16 qol vuran "Maqdeburq" fanatları bu vəziyyətə özünəməxsus şəkildə etiraz etmişdi. Onlar "Berliner AK"la oyunda öz etirazlarını maraqlı şəkildə dilə gətmirmişdi. Belə ki, fanatlar oyunboyu qapıya doğru açdıqları oxlu pankartlarla qol vurmağı futbolçuların yadına salmışdı. 
"Simurq"la "Barselona"nı birləşdirən məqam - ilginc aksiyalar
6. Malili futbolçu Frederik Kanotenin aksiyası bu gün də futbolsevrələrin yaddaşındadı. O, 2009-cu ildə - "Sevilya"da forma geyindiyi vaxt "Deportivo"ya qol vurandan sonra formasını çıxararaq üzərinə "Fələstin" yazılmış maykasını tribunalara göstərmiş və sarı vərəqə almışdı. Futbolçu bununla həmin vaxt Qəzza zolağında hərbi əməliyyatar aparan İsrail ordusuna etiza etmişdi.
"Simurq"la "Barselona"nı birləşdirən məqam - ilginc aksiyalar
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər