"Simurq"dan 4 müqavilə təklifi

"Simurq"dan 4 müqavilə təklifi

"Simurq" dörd futbolçusunu heyətində saxlamaq istəyir. Fanat.az xəbər verir ki, Zaqatala klubu Rəşad Eyyubov, Draqan Çeran, Pavel Kapsa və Stepan Polyaka yeni müqavilə təklif edib.

Rəşad Eyyubov "Xəzər Lənkəran"dan, Pavel Kapsa Cənubi Kiprdən təklif alıb. Yeni müqavilə təklifi alan hər dörd futbolçu "Simurq"da qalmağın tərəfdarıdı.

Qeyd edək ki, son mövsümdə Rəşad 32 (5 qol), Polyak 36 (7 qol), Çeran 32 (11 qol), Kapsa 33 oyunda "Simurq"un formasını geyinib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər