"Simurq"da 4 müqavilə - FOTOLAR

"Simurq"da 4 müqavilə - FOTOLAR
"Simurq" 4 futbolçusunun müqavilə müddətini artırıb. Fanat.az xəbər verir ki, Stepan Polyak, Draqan Çeran, Oruc Balaşlı və Kənan Müslümovla yeni müqavilə bağlanılıb. 
Stepan Polyakla 1+1 şərti ilə anlaşma imzalanıb. Xorvatiyalı yarımmüdafiəçi artıq üçüncü mövsümdü ki, Zaqatala təmsilçisinin heyətində çıxış edəcək. 31 yaşlı futbolçu indiyənə qədər "sarı-qaralar"ın heyətində 64 oyunda meydana çıxıb və 11 dəfə rəqib qapısına yol tapıb. 
Ötən mövsüm "Simurq"un ən məhsuldar futbolçusu olmuş Draqan Çeran daha 2 il Zaqatala təmsilçisinin şərəfini qoruyacaq. 2013/14 mövsümünün əvvəlində heyətə qatılan serbiyalı futbolçu çıxdığı 31 qarşılaşmada 13 dəfə rəqib qapıçılarını məyus etməyi bacarıb. 
Ötən "futbol ili"ndə əvəzedici heyətlərin ölkə birinciliyinin bombardirlərindən biri olmuş Oruc Balaşlı və kapitan Kənan Müslümov daha 3 il "Simurq"un şərəfini qoruyacaq. Zaqatala futbol məktəbinin yetirmələri artıq karyeralarını əsas komandada davam etdirəcəklər. Sloveniya və Avstriyada keçirilən təlim-məşq toplanışlarında da özlərini yaxşı tərəfdən göstərən gənc futbolçular məşqçilər korpusunun inamını qazanmağı bacarıb. Balaşlı bu mövsüm "25", Kənan müslümov isə "33" nömrəli forma ilə mübarizə aparacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər