"Simurq" əvəzedici heyətin məşqçilər korpusu ilə bağlı məlumat yayıb. Fanat.az xəbər verir ki, klubun rəsmi saytı baş məşqçi Rövşən Babayev, köməkçisi Asif Ramazanov və qapıçılarla işləyən məşqçi Rauf Mehdiyevlə yeni müqavilə imzalandığını elan edib. Hər üç mütəxəssis daha iki il komandada çalışacaq.
Qeyd edək ki, "Simurq"un əvəzedici komandası bu məşqçilərin rəhbərliyi altında son iki mövsümdə ölkə birinciliyində medalçılar sırasına düşüb. 2012/13 mövsümündə komanda gümüş, 2013/14 mövsümündə isə bürünc medallar qazanıb.
Fanat.az