Topaz Premyer Liqasının VIII turunda "Qəbələ"ni qonaq edəcək "Simurq" hazırlıqlara başlayıb. Fanat.az xəbər verir ki, iki günlük istirahətdən sonra "Şəfa" stadionunda məşqləri bərpa edən Zaqatala klubunun dünənki hazırlığı yüngül təmrinlərdən ibarət olub.
İsinmə hərəkətlərindən sonra qruplara bölünərək "kvadrat" oynanılıb. Sonda isə ikitərəfli oyunla hazırlıq tamamlanıb.
Bu gün üçün komandanın iki məşqi nəzərdə tutulub. Səhər hazırlığı Zaqatala təmsilçisinin məskunlaşdığı otelin fitness zalında keçilib. Axşam çalışmaları isə "Şəfa" stadionunda baş tutacaq.
Qeyd edək ki, "Simurq" "Qəbələ" ilə oyuna hazırlıqları tam heyətlə davam etdirir. "Qəbələ" ilə oyunda yalnız "Qarabağ" matçında qırmızı vərəqə alan Draqan Çeran forma geyinə bilməyəcək.