"Simurq"un prezidenti Anar Bəkirov İspaniyaya işgüzar səfərə gedib. Fanat.az xəbər verir ki, klub rəhbəri səfər zamanı paytaxt Madriddə "Joma" şirkətinin rəhbərliyi ilə görüşüb və gələcək əməkdaşlıq müzakirə edilib.
Nəticədə, yüksək keyfiyyətli idman geyimləri və aksessuarlarına görə dünyada məşhur olan marka ilə "Simurq" arasındakı müqavilə daha bir il müddətinə artırılıb. Növbəti mövsümdə Zaqatala təmsilçisi "Joma" şirkətinin istehsalı olan geyim dəstlərindən istifadə edəcək. Yaxın günlər ərzində isə komandanın yeni forması ictimaiyyətə təqdim ediləcək.
Anar Bəkirov səfər müddətində bir neçə tanınmış menecerlərlə görüşlər keçirməyi planlaşdırır. Həmçinin bu gün, Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində keçiriləcək "Atletiko" və "Barselona" oynuna da tamaşa edəcək.
Fanat.az