Ukraynanın "Şaxtyor" klubuna məxsus olan Maykon dünyasını dəyişib. Fanat.az xəbər verir ki, braziliyalı futbolçu avtomobil qəzasında ölüb.
Hadisə Ukraynanın Donetsk şəhərində baş verib. Xəbəri "Şaxtyor"un mətbuat xidməti təsdiq edib. Klub rəhbərliyi mərhumun ailəsinə başsağlığı verib.
Qeyd edək ki, 25 yaşlı hücumçu karyerası ərzində Braziliyanın "Atletiko Mogi", Rumıniyanın "Styaua", Ukraynanın "Volın", "Zorya", "Şaxtyor" klublarında çıxış edib və son olaraq icarəyə verildiyi "İlliçivets"in formasını geyinirdi.
Fanat.az