Son illərdə heyətinə qatdığı gənc futbolçuları məşhurlaşdırıb satan "Şaxtyor" transferlərdən böyük pullar qazanır. Fanat.az xəbər verir ki, Mirça Luçeskunun başçılıq etdiyi komanda son olaraq Aleks Teyşeyranı Çinə satıb.
"Jianqsu Suninq" braziliyalı futbolçu üçün 50 milyon avro (88 milyon manat). Bununla da "Şaxtyor" son 3 ildə satdığı futbolçulardan 182,5 milyon avro (321 milyon 382 min manat) qazanıb.
Belə ki, "Şaxtyor" Duqlas Kostanı 30 milyon avroya (bu günkü məzənnə ilə 52 milyon 830 min manat) "Bavariya"ya, Villianı 35,5 milyon avroya (62 milyon 515 min manat) "Çelsi"yə satıb.
Fanat.az