İngiltərə Premyer Liqasının (İPL) 9-cu turu çərçivəsində dünən keçirilən matçda səfərdə "Arsenal"la heç-heçə edən (2:2) "Liverpul"un baş məşqçisi Arne Slot oyun barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "qırmızılar"ın rəsmi saytı niderlandlı mütəxəssisin sözlərini belə çatdırıb:
"İki dəfə hesabı bərabərləşdirə bildiyimizi görmək xoş idi. "Arsenal" çox güclü və keyfiyyətli komandadır. Fasiləyə qədər 1:2 hesabı ilə geridə olmağı haqq edirdik. Şadam ki, 1 xal qopara bildik. Bu, yaxşı nəticədir. Oyuna sonradan qoşulan futbolçular xal qazanmağımızda xüsusi rol oynadılar".
Nihat