“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Roy Kin Çin klubuna keçəcəyi iddia olunan Ueyn Runi haqda danışıb. Fanat.Az xəbər verir ki, Kin forvardı ağılsızlıq etməməyə səsləyib:
“Runi Çinə ayağının ucunu da basmamalıdı. Onu belə ağılsızlıq etməməyə səsləyirəm. Hələ 31 yaşı var. Nə yaşdı ki? Ueyn üçün hər şey irəlidədi. Hələ bir neçə il Almaniya, İtaliya, İspaniya çempionatlarından birində yüksək səviyyədə oynaya, ciddi uğurlar qazana bilər”.
Fanat.Az