"Reynaldonu transfer etmək istəyirdik" - Şenol Günəş

"Reynaldonu transfer etmək istəyirdik" - Şenol Günəş

Türkiyə Super Liqasının XXXI turu çərçivəsində keçirilən "Beşiktaş” - "Kayserispor" matçı birincilərin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Fanat.az xəbər verir ki, qarşılaşmadan sonra İstanbul təmsilçisinin baş məşqçisi Şenol Günəş keçirdiyi mətbuat konfransında azərbaycanlı jurnalistin də sualını cavablandırıb. 

Belə ki, Türkiyə millisinin sabiq çalışdırıcısı komandasının "Qarabağ”la yoldaşlıq oyunu keçirməsinin mümkünlüyü haqda suala cavab verərkən Ağdam klubunun oyunlarını izlədiyini bildirib:

"Qarabağ”la yoldaşlıq oyunu keçirməkdən şərəf duyarıq. Azərbaycanla eyni duyğuları paylaşırıq. Ölkə olaraq, millət olaraq birlikdəyik. "Qarabağ”ın oyunlarını izləmişəm. Braziliyalı hücumçu Reynaldonun oyununa yaxşı bələdəm. Ötən il "Bursaspor”da çalışdığım zaman oyunu yaxından izləyirdim. Hətta Reynaldonu transfer etmək istəyirdik. "Qarabağ” avrokuboklarda yaxşı nəticələr qazanıb. Məncə, bu komanda ilə Bakıda, ya da Türkiyədə qarşılaşmaq çox gözəl olardı”.

Qeyd edək ki, Şenol Günəşə "Qarabağ"la bağlı sualı olimpsport.az saytının əməkdaşı verib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər