Topaz Premyer Liqasının ilk turunda "Simurq”la Qəbələdə keçirilən oyun "Rəvan" üçün düşərli olmadı. Fanat.az xəbər verir ki, Bayıl təmsilçisinin şərəfini qoruyan Tofiq Mikayılov həmin görüşdə ağır zədə almışdı.
Komandanın aparıcı üzvlərindən biri ilk hissədə sağ dizinin xaçvari bağlarının qopması üzündən oyunu vaxtından əvvəl tərk etməli olmuşdu. Artıq "22” nömrə uğurla əməliyyat olunub. Mərkəzi Klinik Xəstəxanada Türkiyədən gəlmiş həkimlərin əməliyyat etdiyi futbolçu artıq özünü yaxşı hiss edir.
"Rəvan"ın həkimi Ceyhun Əliyevin verdiyi məlumata görə, tam bərpa kursu təxminən 4-5 ay çəkəcək. Başqa sözlə, Mikayılov yaşıl meydanlara bir də gələn ilin əvvəlində dönə biləcək.