"Rəvan" müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirmədi. Əgər müqaviləyə riayət olunmursa, başqa ölkədə qala bilməzdim. Mən belə şeyə öyrəşməmişəm. Sizə ödənilməli pulu ala bilmirsənsə, orda qalmağa dəyməz. Bakıda kirayəyə tutduğum mənzilin pulunu da özüm ödəməli idim. 2 dəfə özüm ödədim. Başqa ölkədə vaxt itirməyə ehtiyac görmədim. Çünki onlar başqa şeylər də söz vermişdi, ancaq yerinə yetirmədilər". Fanat.az xəbər verir ki, bu sözləri "Rəvan"la yollarını ayıran Sebastian Kastro-Tello deyib.
Bir müddət əvvəl İsveçə yollanana futbolçu Bakıya dönməkdən imtina etmişdi. Sebastian gedişinin səbəblərini belə izah edib: "Mənə dedilər ki, qayıt, pulunu al. Mən isə dedim ki, yox, qayıtmaq istəmirəm. Əgər onlar pulumu göndərsəydilər, onda ora qayıtmağım mümkün olardı. Belədə isə qayıtmaqla risk etmiş olacaqdım".
Fanat.az