"Real"la "Barselona" eyni ulduz üçün savaşır

"Real"la "Barselona" eyni ulduz üçün savaşır

"Real" və "Barselona" eyni futbolçu uğrunda mübarizə aparır.

Fanat.Az "La Repubblica"ya istinadən xəbər verir ki, iki İspaniya nəhəngi "Yuventus"dan argentinalı Paulo Dibalanı transfer etmək istəyir.

Turin klubunun bu futbolçu üçün 100 milyon avro tələb etdiyi bildirilir. 

Qeyd edək ki, Dibala 2015-ci ildə "Yuventus"a "Palermo"dan 40 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 65 milyon avro qiymət qoyub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər