"Real"ın ulduzunu başı böyük olduğu üçün transfer etmədilər

"Real"ın ulduzunu başı böyük olduğu üçün transfer etmədilər

"Real"ın ispan ulduzu İsko ilə bağlı maraqlı faktın üstü açılıb. Fanat.Az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi "Malaqa"da oynayarkən "Mançester Yunayted"in maraq dairəsinə düşüb.

İngiltərə klubunun skautları tərəfindən uzun müddət izlənilən futbolçunun transferi ilə bağlı yekun qərar verilməyib. Daha doğrusu mançemterlilər sonda transferdən imtina edib. 

Bunun olduqca ilginc səbəbi var. Həmin vaxt İsko üçün hazırlanan hesabatda deyilir: "Yaxşı futbolçudu, amma yetərincə sürətli deyil. Həmçinin başı bədən ölçülərinə görə çox böyükdü".

Bir sözlə skaut hesabatında futbolçunun başının böyük olması əsas gətirilərək transfer edilməməsi bildirilir. 

Bundan sonra İsko "Real"ın maraq dairəsinə düşür və 2013-cü ilin yayında 30 milyon avroya transfer edilir.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər