"Real"ın futbolçusu İsko "Barselona"ya transfer olunacağı ilə bağlı xəbərlərə aydınlıq gətirib. Fanat.Az xəbər verir ki, ispan oyunçu bu barədə "Twitter" hesabından açıqlama yayıb.
İsko əzəli rəqibləri ilə bağlı bu sözləri yazıb: "Barselona"ya transfer olunmayacam. Biz onları bir çips kimi yeyəcəyik".
Bir neçə gün əvvəl sosial mediada yayılan bir fotoda İskonun önündə "Barselona" formalı çips görünürdü. Bundan sonra onun Kataloniya klubuna keçəcəyi ilə bağlı xəbərlər yayılsışdı.
İsko açıqlamasında bildirib ki, orda yalnız dostları ilə görüşdüyünü və həmin çipsdən bir dənə də yeməyib.

Fanat.Az