"Real"ın ikinci transferi açıqlandı - RƏSMİ

"Real"ın ikinci transferi açıqlandı - RƏSMİ

“Real” ikinci transferini rəsmiləşdirib. Fanat.Az xəbər verir ki, "Kral Klubu" Dani Kabellosu heyətinə qatıb.

Bu barədə "Betis"in prezidenti Anxel Haro məlumat verib: "O, bizim yeni müqavilə təklifimizi qəbul etmədi. "Real"la anlaşdığını bildirdi. Biz də "Real"la danışdıq və razılaşdıq".

Məlumata görə, tibbi müayinədən keçən Kabellos "Real"la 6 illik müqavilə imzalayıb. "Kral Klubu" İspaniya U-21-inin uluduzu üçün 18 milyon avro ödədiyi bildirilir.

Qeyd edək ki, “Real” Sebalyosdan əvvəl “Atletiko”nun sol cinah müdafiəçisi Teo Ernandesi transfer etmişdi.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər