"Real Madrid"in baş məşqçisi Alvaro Arbeloa komandanın braziliyalı cinah hücumçusu Vinisius Juniorla yeni müqavilə imzalanıb-imzalanmayacağı ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Ümid edir və arzulayıram ki, Vinisius "Real"da qalacaq. Azarkeşlər onu sevirlər".
Cari mövsüm "Real"ın heyətində bütün turnirlərdə 48 matça çıxan Vini 18 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb. Onun indiki müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı cənubi amerikalı ulduzun transfer qiymətini 150 milyon avro ilə dəyərləndirir.
Toğrul