"Real"dan sürpriz transfer

"Real"dan sürpriz transfer

"Real" transfer siyahasına sürpriz sayıla biləcək futbolçu salıb. Fanat.az xəbər verir ki, "Kral Klubu" Paulo Dibalanı hədəfə alıb.

Məlumata görə, "Real" rəsmiləri artıq futbolçunun meneceri ilə görüşüb. İddia edilir ki, ispanlar yaxın günlərdə "Yuventus"a təklif göndərəcək.

Qeyd edək ki, Paulo Dibala 2015-ci ildə "Palermo"dan "Yuventus"a 32 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 40 milyon avro qiymət qoyub. Cari mövsümdə 45 rəsmi oyuna çıxan 22 yaşlı argentinalı forvard 23 qol vurub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər