"Real"dan dünyanı sarsıdacaq transfer - 98 milyon

"Real"dan dünyanı sarsıdacaq transfer - 98 milyon
FIFA-nın qarşıdakı iki dönəm üçün transfer yasağı qoyduğu "Real"ın Robert Levandovski israrı bitib-tükənmir. Fanat.az xəbər verir ki, "Kral Klubu"nun polşalı futbolçunun transferini bitirmək istəyir.
Artıq "Real"ın bu transfer edəcəyi məbləğ də bəllidi. İddiaya görə, Madrid klubu "Bavariya"ya 98 milyon avro təklif etməyə hazırlaşır.
Bu baş versə, dünyada yeni transfer rekordu qırılacaq. Belə ki, hazırda dünyanın ən bahalı transferi Kriştiano Ronaldo hesab olunur. "Real" onun transferinə 94 milyon avro xərcləyib. Rəsmi məlumatlara görə, Madrid klubu Qaret Beyli 91 milyon avroya transfer edib (bəzi mənbələr bu transferin 99, bəziləri isə 101 milyona başa gəldiyini iddia edir).
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər