"Real"dan 80 milyonluq transfer - 18 yaşlı futbolçu...

"Real"dan 80 milyonluq transfer - 18 yaşlı futbolçu...

"Real" 18 yaşlı futbolçu transfer etmək istəyir. Fanat.Az xəbər verir ki, "Kral Klubu"nun "Monako"nun gənc ulduzu Kilian Mbappeni hədəfə aldığı deyilir.

AS-ın xəbərinə görə, "Real" 2014-cü ildən izlədiyi hücumçu üçün 80 milyon avro ödəməyə hazırdı. Bu məbləği qarşı tərəfə təklif etməyə rəhbərliyi Zinəddin Zidan razı salıb. Baş məşqçi həmyerlisinin gələcəyin ən böyük ulduzlarından biri olacağına inanır.

Qeyd edək ki, "Monako"nun yetirməsi olan Mbappe 2015-ci ildən əsas komandaya cəlb olunur. O, cari mövsümdə meydana çıxdığı 31 rəsmi oyunda 17 qol vurub. "Transfermarkt" 18 yaşlı futbolçuya 10 milyon avro qiymət qoyub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər