"Real"dan 65 milyon avroluq transfer

"Real"dan 65 milyon avroluq transfer
Qapıçı axtarışında olan "Real" "Çelsi"nin qolkiperinə göz dikib. Fanat.az xəbər verir ki, "Kral Klubu" Tibaut Kurtuanı hədəfə alıb.
Artıq "Real"ın bu transfer üçün qarşı tərəfə təklif edəcəyi məbləğ də bəllidi. Belə ki, İspaniya klubu "Çelsi"yə 65 milyon avroluq təklif göndərəcək.
Qeyd edək ki, Tibaut Kurtua 2011-ci ildə "Genk"dən "Çelsi"yə 8,95 milyon avroya transfer edilib. Hazırda "Transfermarkt" ona 35 milyon avro qiymət qoyub. Belçika yığmasının üzvü cari mövsümdə "Çelsi"nin heyətində 29 oyun keçirib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər