Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılıb. Fanat.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan mərasimdə 8 komanda öz rəqibini tanıyıb.
Turnirin son qalibi "Barselona" "Atletiko"ya rəqib olub. "Real" mərhələnin ən zəiflərindən hesab olunan "Volfsburq"la qarşılaşacaq.
Qeyd edək ki, Bu mərhələdə ən çox təmsilçisi olan ölkə İspaniyadı. Belə ki, 3 ispan klubu yarımfinala vəsiqə uğrunda mübarizə aparacaq. Almaniyanın 2, Fransa, İngiltərə və Portuqaliyanın 1 təmsilçisi mübarizəni davam etdirir.
1/4 final mərhələsinin ilk oyunları aprelin 5-6-da, cavab matçları isə 12-13-də keçiriləcək.
Çempionlar Liqası
1/4 final
5-6 və 12-13 aprel
Volfsburq (Almaniya) - Real (İspaniya)
Bavariya (Almaniya) - Benfika (Portuqaliya)
Barselona (İspaniya) - Atletiko (İspaniya)
PSJ (Fransa) - Mançester Siti (İngiltərə)
Fanat.az