"Real"a 3, "Yuventus"a 1 mükafat

"Real"a 3, "Yuventus"a 1 mükafat

Avropada 2016/17 mövsümünün ən güclü qapıçısı, müdafiəçisi, yarımmüdafiəçisi və hücumçusunun adı açıqlanıb.

 

Fanat.Az xəbər verir ki, Monakoda baş tutan tədbirdə ötən mövsümün ən yaxşı qapıçı nominasiyasında "Yuventus"un qolkiperi Canluici Buffon qalib olub. 

Ən yaxşı müdafiəçi adına Madrid "Real"ının kapitanı Serxio Ramos layiq görülüb. "Kral Klubu"nun digər oyunçusu Luka Modriç isə keçən mövsümün ən yaxşı yarımmüdafiəçisi seçilib.

 

Ən yaxşı hücumçu nominasiyasında da "Real"ın üzvü qalib olub. Belə ki, Kriştianu Ronaldo bütün rəqiblərini qabaqlayaraq, bu mükafata sahib çıxıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər