"Real" və "Barselona"nın transfer savaşı

"Real" və "Barselona"nın transfer savaşı

"Real" və "Barselona" eyni ulduza elçi düşüb. Fanat.Az xəbər verir ki, iki nəhəng klub İspaniya U-21-nin və "Betis"in gənc ulduzu Dani Keballosu heyətinə qatmaq istəyir.

AS qəzetinin məlumatına görə, hər iki klub futbolçunun müqaviləsindəki maddədən yararlanmaq istəyir. Həmin maddəyə əsasən 15 milyon avro ödənilsə, futbolçu azad agent olacaq.

Bəzi məlumatlara görə, "Real" artıq Keballosla anlaşıb. "Kral Klubu" 15 milyon avronu ödəyərək 20 yaşlı yarımmüdafiəçini heyətinə qatacaq və onu oyun təcrübəsi toplamaq üçün bir mövsümlük "Betis"ə icarəyə verəcək.

Qeyd edək ki, "Transfermarkt" Keballosa 10 milyon avro qiymət qoyub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər