"Real" və "Barselona"nın istədiyi futbolçu

"Real" və "Barselona"nın istədiyi futbolçu
"Vest Hem"in futbolçusu Avropa nəhənglərinin maraq dairəsinə düşüb. Fanat.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin fransalı üzvü Dimitri Payeti qitənin aparıcı klubları heyətinə qatmaq istəyir.
Konkret olaraq 29 yaşlı hücumameylli yarımmüdafiəçinin xidmətində "Real", "Barselona" və PSJ maraqlıdı. "Vest Hem" isə ona 50 milyon avro qiymət qoyub.
Qeyd edək ki, Payet 2015-ci ildə Marsel "Olimpik"indən "Vest Hem"ə 15 milyon avroya transfer edilib. O, cari mövsümdə 32 rəsmi oyuna çıxıb və 12 qol vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər