"Roma"nın futbolçusu Miralem Pyaniç Avropa nəhənglərinin maraq dairəsinə düşüb. Fanat.az xəbər verir ki, onunla qitənin aparıcı klubları maraqlanır.
Daha dəqiqi, "Real", "Barselona", "Bavariya", PSJ və "Çelsi" 25 yaşlı bosniyalı futbolçunun xidmətində maraqlıdı. "Roma" isə ona 30 milyon avro qiymət qoyub. Bu məbləğ ödənsə, Miralem Pyaniç istədiyi kluba keçə bilər.
Qeyd edək ki, Bosniya və Hersoqovina yığmasının üzvü bu mövsüm 35 rəsmi oyunda 11 qol vurub.
Fanat.az